Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
12:18
Boliviyada prezidentin simvolları oğurlanıb

Boliviyada ölkə prezidenti Eva Moralesin simvolları oğurlanıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Los Tiempos nəşri xəbər verib.

Bildirilir ki, banda üzvlərindən biri artıq həbs olunub.

Prezidentin fərqlənmə nişanları olan  medal və lentin Koçabamba şəhərinə çatdırılması planlaşdırılırdı. Morales orda hərbi paradda iştirak etməli idi.

Simvolların daşınmasında məsul olan mühafizəçi avqustun 8-nə keçən gecə təyyarəyə gecikir və onları El Alko şəhərində park elədiyi avtomobilə qoyur. Qeyd edək ki, həmin yer şəhərin ən kriminal rayonlarından biri sayllır.

Canilər maşının şüşəsini qıraraq, prezidentin əşyaları olan çantanı oğurlayırlar. Sonra isə dövlət cinayəti törətdiklərini anlayaraq, telekanalların birinə zəng edir və oğurlanan əşyaların  La Pas kilsəsi yaxınlığına qoyduqlarını deyirlər.

Prezident simvollarının tapıldığına baxmayaraq, Boliviya polisi istintaqa başlayıb. Məlum olub ki, qarəti Peru vətəndaşları olan 4 nəfərlik cinayətkar dəstə həyata keçirib. Onlardan biri saxlanılıb.

Həmçinin əşyaları nəzarətsiz qoyan mühafizəçi səhlənkarlıq maddəsi ilə həbs olunub.

Oğurlanan əşyalar içində ən qiymətlisi qızıldan hazırlanan və brillintlarla bəzədilmiş medal olub. 1825-ci ildə ilk dəfə toplanan Boliviya Parlamenti bunu Cənubi Amerikanın milli qəhrəmanı Simon Bolivara hədiyyə etmişdi.

Məqalədə : Boliviya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
557

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
443

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
461

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
717

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
517
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 07:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru