Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2018
21:30
Əmək kitabçaları niyə dövriyyədən çıxarılmır - SƏBƏB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək kitabçalarının hələ də dövriyyədə saxlanılmasının səbəbləri, sosial sığorta kartının əhəmiyyəti və bu kartların istehsalına xərclənən vəsait, həmçinin DSMF-yə bəyannamələri vermək üçün yalnız “ASAN imza”dan istifadə olunması ilə bağlı sosial mediada nazirliyə ünvanlanan suallara münasibət bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov  bildirib ki, ölkəmizdə fərdi uçot sistemi 2006-cı ildən tətbiq olunur. Onun sözlərinə görə, bu sistem pensiya təyinatı zamanı məhz həmin dövrdən sonrakı əmək stajını müəyyən etmək üçün baza rolunu oynayır: “2006-cı ilədək olan dövr üçün sığorta stajının müəyyən edilməsi isə əmək kitabçaları əsasında həyata keçirilir. 2006-cı ilədək əmək stajı olan vətəndaşların hər birinə pensiya təyinatı aparıldıqdan sonra  bu kitabçalar dövriyyədən çıxarılacaq”.

Artıq sığorta kartlarının çap edilməsinə lüzum qalmadığını diqqətə çatdıran ƏƏSMN rəsmisi qeyd edib ki, nazirliyin aidiyyəti vətəndaşlara dair elektron məlumat bazaları fərdi identifikasiya nömrəsi (FİN) vasitəsilə formalaşır: “Bu bazalar Daxili İşlər Nazirliyinin müvafiq məlumat bazasına inteqrasiya olunduğu üçün istənilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə ona aid olan fərdi hesab məlumatlarına çıxış imkanı mövcuddur. Ona görə də sosial sığorta kartı artıq çap etdirilmir”.

DSMF-yə bəyannamələri vermək üçün yalnız ASAN imzanın tələb olunması fikri ilə əlaqədar F.Talıbov bildirib ki, 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Kollegiya Qərarına əsasən sığortaedənlər rüblük hesabatlarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına  kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. “Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən  və elektron imza ilə təsdiq olunmuş sənəddir. Nazirliyin “Elektron Hökumət” portalında sığortaedənlərə təqdim etdiyi xidmətlərdən istifadə olunması üçün gücləndirilmiş elekton imzadan istifadə edilməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən elektron imzalar və Asan imza gücləndirilmiş elektron imzalardır. Yalnız ASAN imzanın istifadəsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. (APA)

Məqalədə : DSMF əmək kitabçası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
210

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
231

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
207

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 01:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru