Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
10:44
Vüqar Bayramov `Asan İmza`nın qiymət artımına narazılığını bildirdi

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC "Asan İmza" xidmətinin qiymətini artırır.

FaktXəbər-in məlumatına görə, 15.08.2018-ci il tarixdən "Asan İmza" xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan "Azercell" abunəçiləri (28.08.2017-ci il tarixdən etibarən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər istisna olmaqla) üçün hər faktura dövrünə görə abunə haqqı 2.50 AZN (ƏDV daxil) təyin edilib. Bundan əvvəl abunə haqqı 1 AZN idi.

Sözügedən qiymət artımı ilə əlaqədar açıqlama verən iqtisadçı alim Vüqar Bayramov bunun anlaşılmaz olduğunu bildirib: ""Azercell Telekom" MMC bunu xərclərin artması ilə əlaqələndirib. Bildirilib ki, digər mobil operatorlar da qiymət artımına gedəcəklər. Amma nəyin hesabına xərcin nə az- nə çox 2.5 dəfə artması səbəbləri qaranqlıdır. Eyni zamanda, digər operatorların da eyni gündə qiymət artımlarına getmələri məhz mobil kommunikasiya bazarının liberallaşdırılması vacibliyini bir daha artırır. Təəssüf ki, sözügedən bazarda rəqabətin zəif olması mobil operatorların asanlıqla və hətta eyni gündə belə kəskin qiymət artımlarına zəmin yaradır. Digər tərəfdən, elektron iqtisadiyyatın inkişafının prioritet olduğu bir halda “Asan İmza”ya görə ayda 2.5 manat ödəmək elektron xidmətlərə marağı azalda bilər. Elektron xidmətlərin daha aşağı xərclər ilə əldə edilməsinin özü də prioritet olmalıdır. Təəssüf ki, son taarif artımları bundan xəbər vermir. Bütün bunları nəzərə aldıqda yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsələyə müdaxilə etməsi və taariflərin optimallaşdırılmasına nail olması çox vacibdir. Ümumiyyətlə, hökumət ASAN imzanı ləğv edilərək onun əvəzinə pulsuz elektron imza sisteminin tətbiqinə çalışmalıdır."

Məqalədə : Asan imza Vüqar Bayramov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
203

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
240

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
205
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 19:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru