Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
22:06
Misir neft və qaz axtarışlarını sürətləndirib

Misir Şimali Sinay yarımadasının Aralıq dənizi sahillərində və Süveyş körfəzində neft və qaz kəşfiyyatı üçün hərəkətə keçdiyini açıqlayıb.

FaktXəbər-in məlumatına görə, Neft və Təbii Ehtiyatlar Nazirliyindən verilən yazılı açıqlamada məsələ ilə bağlı 2-si İngiltərə 1-i Misir şirkəti olmaqla 3 kəşfiyyat qurumu ilə müqavilə imzalandığı qeyd olunub.

Müqavilələrdən ilkinin İngiltərənin GHP şirkəti ilə bağlandığı qeyd edilən açıqlamada sözügedən müqavilə ilə 4 quyu qazılmasının planlaşdırıldığı və bunun Misirə dəyərinin 6 milyon dollara başa gələcəyi qeyd edilib.

İkinci müqavilənin digər bir İngiltərə şirkəti "Bronco", üçüncü müqavilənin isə Misir Dövlət Neft Şirkəti ilə bağlandığı bildirilsə də, bu iki müqavilənin dəyəri haqqında ictimaiyyətə hər hansı məlumat verilməyib.

Misirin neft naziri Tariq Molla bir müddət əvvəl verdiyi açıqlamada ölkəsinin 2013-ci ildən bu yana neft və qaz axtarışlarına təkan verdiyini və bu kontekstdə Misirdə fəaliyyət göstərən şirkətlərlə 83 müqavilə bağlandığını bildirmişdi.

Məqalədə : Misir neft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Göyçay sakini özünü körpüdən çaya atıb

04

İyun
10:18
HÜQUQ,HADİSƏ
261

Atəşkəs 22 dəfə pozulub

04

İyun
09:15
HƏRB
230

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
276

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
702

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
280

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
328
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 12:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru