Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
21:40
Baş prokuror: “Mingəçevir İES-də baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıb”

“Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıb”

Bu barədə Baş prokuror Zakir Qaralov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib.

“Müvafiq istintaq tədbirləri davam etdirilir. Baş vermiş hadisə ilə əlaqədar "yanğın təhlükəsizlik qaydalarını pozma", "vəzifədən sui-istifadə etmə" və "səhlənkarlıq" maddələri ilə cinayət işi qaldırılıb. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar nazirliyi ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılıb. Hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir”. 

Baş prokuror bildirib ki, hadisə yerinə baxış keçirilib, müvafiq sənədlər götürülüb, hadisənin baş vermə səbəbi ilə əlaqədar dindirilmələrə başlanılıb.

Məqalədə : Zakir Qaralov Mingəçevir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
386

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
536
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 09:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru