Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
11:29
Ruhaninin açıqlaması neftin qiymətini qaldırdı

İran prezidenti Həsən Ruhaninin neft ixracı ilə bağlı verdiyi açıqlama ABŞ neftinin qiymətini son 3 ilin pik həddinə çatdırıb.

FaktXəbər-in məlumatına görə, Həsən Ruhani dünənki açıqlamasında bildirmişdi ki, əgər İran neft ixrac edə bilməyəcəksə, onda körfəzdən heç kəs neft sata bilməyəcək.

Bu gün səhər Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,45 dollar və ya 0,61% artaraq 74,59 dollar təşkil edib ki, bu da 2014-cü ilin neft böhranından sonra ən yuxarı göstəricidir.

Eyni zamanda bildirilir ki, İran neftinin ixracına sanksiya tətbiq edildikdən sonra Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ bazarının tələmatını ödəmək üçün dünya bazarına ixracatlarını artıracaqlar.

Qeyd edək ki, Həsən Ruhanin Hörmüz boğazını bağlayacaqları ilə bağlı açıqlaması İranın ilk təhdidi deyil. Bu boğaz Yaxın Şərqin dəniz nəqliyyatının ən vacib kanalıdır. Və onun bağlanması Vaşinqtonun yeni sanksiyalarına cavab tədbiri ola bilər.

Analitiklər bildirirlər ki, Ruhaninin Hörmüz boğazı ilə bağlı verdiyi açıqlama ABŞ-ın neft ehtiyatlarını kəskin şəkildə aşağı salacaq.

Xatırladaq ki, ICE London qitələrarası birjasında da Brent markalı neftin qiyməti 0,38 dollar və ya 0,49% artaraq 78,14 dollar təşkil edib.

Məqalədə : Həsən Ruhani 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
320

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
292

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
404

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
382

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
408

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
443
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 13:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru