Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2018
12:34
Pomidor qeyri-neft ixracatında birinci oldu

2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 667,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun ayı üçün buraxılışında əksini tapıb. Buraxılışdan məkum olur ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac 112 milyon ABŞ dolları və ya 20 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 5 ayı ərzində ixracın 223,2 milyon dolları Rusiyaya, 154,3 milyon dolları Türkiyəyə, 69,9 milyon dolları Gürcüstana, 56,5 milyon dolları İsveçrəyə və 19,1 milyon dolları Çinə həyata keçirilib.

Bu ilim yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid məhsul 96,8 milyon dolları dəyərlə tomat (pomidor) olub. 2017-ci illə müqayisədə bu ilin 5 ayında pomidor ixracı dəyər baxımından 21 faiz, həcm baxımından isə 15 faiz artıb. Həmçinin cari ilin yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid mallar siyahısında ikinci yeri elektrik enerjisi (53,3 milyon ABŞ dolları) və üçüncü yeri qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 48,4 milyon ABŞ dolları) tutub.

Ümumiyyətlə isə yanvar-may ayları ərzində meyvə-tərəvəz ixracı 189,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 58 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28 milyon, kimya sənayesi məhsullarının ixracı 23,7 milyon, pambıq ipliyi ixracı 7,6 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 5 ayında elektrik enerjisinin ixracı 3,2 dəfə, meyvə-tərəvəzin ixracı 23,3 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,4 faiz, pambıq ipliyi ixracı 15 faiz, kimya sənayesi məhsullarının ixracı 11,4 faiz artıb.

Cari ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 182 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin may ayında ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (87,8 milyon ABŞ dolları),Türkiyə (27,1 milyon ABŞ dolları), İsveçrə (16,9 milyon ABŞdolları), Gürcüstan (13,5 milyon ABŞ dolları) və Niderland (6,3 milyon ABŞ dolları) qərarlaşıb.

2018-ci ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) birinci (54,3 milyon ABŞ dolları), kartof (16,3 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,1 milyon ABŞ dolları) isə üçüncü olub. Tomat ixracını aylar üzrə təhlil etdikdə isə aydın olar ki, bu ilin may ayında ixracatçılarımız bu sahədə rekorda nail olublar.

“İxrac İcmalı”nda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2018-ci ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Kapitan Fruits" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, “Şirin Aqro” QSC, "Sun Food" MMC, "Metalçılar-2" MMC təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Azərenerji" ATSC, "Det-al Alüminium" MMC, "Azergold" QSC, “CTS-Agro” MMC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC.

Məqalədə : Pomidor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
220

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
559

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
250

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
277

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
293

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
530
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 23:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru