Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2018
16:42
`iPhone X` almaq üçün 15 barel neft, 10 ton kartof satmalıyıq

ABŞ iPhone, Cənubi Koreya Samsunq Galaxy mobil telefonları istehsal və ixrac edir. Azərbaycanın əsas ixrac məhsulu neft, pambıq, kartof və pomidordur.

FaktXəbər-in məlumatına görə, iqtisadçı Qubad İbadoğlu məsələ ilə bağlı sosial şəbəkədə maraqlı mövqe ortaya qoyub:

"Bakıda ABŞ istehsalı olan iPhone X 64GB -in nağd qiyməti 1959 manat, nisyə qiyməti 2400 manat, Cənubi Koreya istehsalı olan Samsunq Galaxy S9 plyus (S965) nağd qiyməti 1469 manat, nisyə qiyməti 1836 manatdır. Azeri Layt markalı 1 çəllək (159 litr) neftin dünya bazar qiyməti 132 manat, 1 kq pambığın topdansatış qiyməti 2,55 qəpik, 1 kq kartofun topdansatış qiyməti 20 qəpik, 1 kq pamidorun topdansatış qiyməti 40 qəpikdir. Deməli, biz 1 iPhone X 64GB nağd almaq üçün ayrılıqda 15 çəllək (2385 litr) neft çıxarmalı, 785 kq pambıq yığmalı, 10 ton kartof və ya 5 ton pomidor yertişdirib satmalıyıq."

İqtsadçı-ekspert daha sonra bildirib ki, indi özünüz nəticə çıxarın görüş Azərbaycan iqtisadiyyatı necə inkişaf edir və biz hansı istiqamətə gedirik - it hürən, yoxsa işıq gələn?

Məqalədə : iPhone X 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
370

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
719
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 00:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru