Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2018
11:45
Sığorta ödənişi almaq üçün yol polisinin arayışı “ASAN Xidmət”də verilə bilər

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin təşəbbüsü ilə qurumun, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) və İcbari Sığorta Bürosunun (İSB) üçtərəfli görüşü keçirilib.

FaktXəbər bildirir ki, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, “ASAN Xidmət” sədrinin müşaviri, Elektron Hökümət və Rəqəmsal İnnovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov və İSB-nin icraçı direktoru Rəşad Əhmədov iştirak ediblər.

Tərəflər əsasən avtonəqliyyat hadisələri zamanı yol polisinin verdiyi 4 saylı arayışın “ASAN Xidmət”də verilməsini müzakirə edib. ASA-nın sədri bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı 4 saylı arayışın verilməsinin gecikdirilməsi, bilavasitə, sığorta ödənişlərinin gecikməsinə səbəb olur. Bu isə sığortalıların sığortaya və sığorta şirkətlərinə olan inam və etimadın zəifləməsinə gətirib çıxarır. Məsələnin sosial əhəmiyyətliliyini vurğulayan M.Abbasbəyli 4 saylı arayışın "ASAN Xidmət"də təqdim edilməsi sığorta hadisələri hesab olunan hallar üzrə operativ qaydada sığorta ödənişlərinin verilməsi ilə nəticələnəcəyini və bununla da, sığorta bazarından məmnun müştərilərin sayını artıracağını qeyd edib. Bu məsələdə İSB-nın mövcud elektron sistem infrastrukturunun faydalı olacağı diqqətə çatdırılıb.

Bununla yanaşı, səfər sığortasının "Asan Visa" vasitəsilə elektron qaydada təmin edilməsi təklif edilib. Ölkəyə səfər sığortası olmadan səyahət edən və ölkədən gedən şəxslərin bu yolla səfər sığortasını asanlıqla əldə edə biləcəyi qeyd edilib. Eyni qaydada, səfər sığortasının səyahətdə olan şəxslərin gözlənilməz hadisələr zamanı onları kompensasiya etməsi, hətta ölüm hallarında belə repatriasiya xərclərini qarşılaması baxımından sosial yönümlü bir məhsul olduğunu nəzərə alınaraq, bu addımın ictimaiyyət üçün təşviqedici xarakter daşıdığı bildirilib.

Görüşün yekununda təklif edilən məsələlər üzrə İşçi qrupunun yaradılması və bu sahədə işlərin görülməsi nəzərdən keçirilib.

Məqalədə : ASAN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
194

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
509

Livanlı terrorçuya hökm oxundu

14

İyun
11:22
HÜQUQ,HADİSƏ
478
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 18:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru