Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2018
12:34
Şəhid Raquf Orucova həsr edilən filmin təqdimatı olub

2016-cı ilin aprelində şəhid olan polkovnik-leytenat Raquf Orucova həsr edilən "Ruhun həsrəti" filminin təqdimat mərasimi olub.

Mətbuat Şurasının təşəbbüsü ilə hazırlanan filmin ssenarisi və onun səslənməsi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur.

Tədbirdə Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək deyib ki, ərazi bütövlüyü uğurunda minlərlə insan döyüşüb, qəhrəmanlıq göstəriblər, onların ailələrinə daim diqqət və qayğı göstərilməlidir.

Milli Məclisin üzvü Aqil Abbas aprel döyüşlərində hərbiçilərin qəhrəmanlıq göstərdiyini vurğulayıb.

O, telekanalları bu məsələlərə diqqət göstərmədiyinə görə qınayıb: "Müğənnilərə ayırdığınız zamandan hərbi-vətənpərvərlik mövzularına da ayırın, filmlər çəkin. Kitablar yazılır, onu çox adam oxumur, amma filmlərin auditoriyası daha genişdir".

Tədbir çıxışlarla davam etdirilib.

Məqalədə : Raquf Orucov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
356

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
496
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 06:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru