Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyun

2018
23:52
Gərgin keçən Portuqaliya-İspaniya oyununda 6 qol - FOTO-VİDEO

Rusiyada futbol üzrə dünya çempionatı davam edir.

FaktXəbər-in məlumatına görə, bu günün üçüncü oyununda Portuqaliya və İspaniya milliləri qarşılaşıblar. Qarşılaşma 3-3 hesabı ilə başa çatıb.

Oyunda hesabı 4-cü dəqiqədə Portuqaliyanın hücumçusu Kristiano Ronaldu penaltidən vurduğu qolla açılıb. Hesab 24-cü dəqiqədə Dieqo Koştanın fərdi ustalığı nəticəsində vurduğu qolla bərabərləşib. 44-cü dəqiqədə Ronaldonun zərbəsindən sonra De Xeanın əlindən buraxdığı topla hesab arasındakı fərq artıb. Oyunun 54-cü dəqiqəsində ilk topda olduğu kimi yenə də Busqetsin ötürməsindən sonra Koşta hesabı bərabərləşdirib. Bundan cəmi 3 dəqiqə sonra Naço İspaniya millisini hesabda önə çıxarıb. 86-cı dəqiqədə Ronaldo hesabı yenidən bərabərləşdirib.

Qeyd edək ki, iyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

DÇ-2018

B qrupu

22:00. Portuqaliya – İspaniya - 3:3 

Qollar: Ronaldo 3(p), 44, 86 - Koşta 24, 53, Naço 57 

Məqalədə : DÇ 2018 Portuqaliya İspaniya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
386

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
541
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru