Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2018
10:01
Kataloniya rəhbərliyi müstəqillikdə israrlıdır

İspaniyanın Kataloniya Muxtar İdarəçiliyinin yeni hökumətinin and içərək vəzifəyə gəlməsi ilə mərkəzi hökumətin bölgəni birbaşa idarə etmə tətbiqi başa çatıb. Katalon lider Quim Torra müstəqillik üçün işi davam etdirəcəkləri mesajını verib.

FaktXəbər-in məlumatına görə, 6 qadın və 7 kişidən ibarət 13 nəfərlik yeni Katalon Kabineti Kataloniya Muxtar İdarəsinin sədri Quim Torranın hüzurunda Barselonadakı regional hökumət binasında and içiblər.

Torra andiçmə mərasimi zamanı müstəqillik təşəbbüsü ilə dövlətə üsyan edən və dövlət fondlarını sui-istifadə etməklə təqsirləndirərək həbs olunan, ya da ölkədən qaçan keçmiş hökumət üzvlərini xatırladıb.

1 oktyabrda keçirilən və Konstitusiya Məhkəməsinin qeyri-qanuni elan etdiyi müstəqillik referendumunun verdiyi "səlahiyyətə" istinad edən Torra, müstəqillik tərəfdarlarının, "Azadlıq, Azadlıq!" şüarları arasında, "Hökumət respublika şəklindəki müstəqil bir dövlətə doğru irəliləmə məsələsində qərarlıdır", - deyib.

Təsadüfən həmin gün vəzifəyə başlayan İspaniyanın yeni baş naziri Pedro Sançezə də dialoq çağırışı edən Torra, "gəlin danışaq, problemi müzakirə edək, riskə gedək. Eyni masa ətrafında oturub hökumətlərarası müzakirə etməyə ehtiyacımız var", söyləyib.

Yeni hökumətin vəzifəyə başlaması ilə 27 oktyabrdakı birtərəfli müstəqillik elanından sonra başlayan mərkəzi hökumətin bölgəni birbaşa idarə tətbiq etməsi də avtomatik olaraq başa çatıb.

Məqalədə : Kataloniya Barselona İspaniya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
627

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
672

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1099

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1043
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 22:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru