
Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılaşmaya uyğun olaraq Azərbaycan üzrə cari ilin aprel ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Nazirlikdən verilən məlumata görə, həmin məlumatlara əsasən, cari ilin aprel ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 755,7 min barrelini xam neft, 30 min barrelini kondensat təşkil edib.
Gündəlik 623,6 min barrel xam neft, 30 min barrel kondensat, 21,7 min barrel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.
Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında isə 794 min barrel olub. 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib. Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub.
Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə
sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel04-02-2020 15:41 OPEC virusa görə təcili toplanır
16-03-2019 12:51 İlham Əliyev OPEC-in baş katibini qəbul edib
18-01-2019 14:22 OPEC+un Nazirlər Komitəsi martda Bakıda toplaşacaq
08-12-2018 14:54 Özbəkistan OPEC-də müşahidəçi statusu alıb
07-06-2018 18:29 Azərbaycanın 7 milyard barrel təsdiqlənmiş neft ehtiyatı var
- 17-04-2021 13:22 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
- 16-04-2021 15:13 Azərbaycan qaz ixracını kəskin artırıb
- 16-04-2021 14:12 Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb
- 16-04-2021 11:31 Azərbaycan nefti bahalaşıb
- 16-04-2021 09:45 Neft yenidən bahalaşıb
- 16-04-2021 09:23 AMB-nin valyuta məzənnələri
- 15-04-2021 10:59 Azərbaycan nefti kəskin bahalaşıb
- 15-04-2021 09:59 Neft kəskin bahalaşıb
- 15-04-2021 09:12 AMB-nin valyuta məzənnələri
- 14-04-2021 14:10 İran neft hasilatını artırır
- 14-04-2021 10:48 Azərbaycan nefti bahalaşıb
- 14-04-2021 09:25 Neftin bahalaşması davam edir
- 14-04-2021 09:11 AMB-nin valyuta məzənnələri
- 13-04-2021 12:58 Azərbaycanda rəsmi şəkildə çalışanların sayı açıqlanıb
- 13-04-2021 10:40 Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA
- 13-04-2021 10:29 Azərbaycan nefti bahalaşıb
- 13-04-2021 09:23 Neft bahalaşıb
- 13-04-2021 09:11 AMB-nin valyuta məzənnələri
- 12-04-2021 10:11 BVF: Azərbaycanın neft ÜDM-i bu il 0,2%, qeyri-neft ÜDM-i isə 3,5% artacaq
- 12-04-2021 09:20 Neft yenidən bahalaşıb
- 12-04-2021 09:08 AMB-nin valyuta məzənnələri
- 10-04-2021 11:16 Azərbaycan nefti cüzi bahalaşıb
- 09-04-2021 10:35 Azərbaycan nefti bahalaşır
- 09-04-2021 09:19 “Brent” nefti ucuzlaşıb, WTI isə bahalaşıb
- 09-04-2021 09:09 AMB-nin valyuta məzənnələri