Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2018
16:56
Türkmənistan prezidenti 25 may tarixinə kimi vaxt qoyub

Türkmənistan rəhbərliyi ölkədə yalnız ağ rəngli avtomobillərin saxlanmasına icazə verib.

FaktXəbər-in "Türkmənistan Xronikası"na istinadən məlumatına görə, bu qərar yanvarın əvvəlində qəbul olunsa da, son həftələrdə qərarın icraslı daha da sərtləşdirilib.

Bildirilir ki, avtomobili başqa rəngdə olıan şəxslər cərimələnir. Mart ayından başlayaraq keçirilən reydlərdə minlərlə avtomobil sahibi nəqliyyat vasitələrini ağ rəngə boyatmalı olub.

Mayın 25-i, Aşqabad günü qeyd olunan tarixədək paytaxt yollarında fərqli rəngdə avtomobillər qalmayacaq.

Bir müddət əvvəl rəngli avtomobillər ölkənin digər regionlarına satmağa icazə verilsə də, son günlərdə bölgələrdə də rəngli avtomobillərin qeydiyyatı dayandırılıb.

Qeyd edək ki, avtomobilin orta rənglənmə qiyməti 18 min Türkmənistan manatıdır (8800 AZN). Bundan aşağı qiymətə də avtomobillər rənglənir, amma çox keyfiyyətsiz şəkildə.

Son zamanlar isə Türkmənistandan ağ rəng çatışmazlığı yaranıb. 2 ay ərzində 4.2 litrlik ağ rəngin qiyməti 2 dəfə qalxıb. Bir avtomobilin rənglənməsi isə təxminən 1 ay çəkir. Avtomobil rəngləndikdən sonra isə bütün prosedur qaydalar - yeni texniki pasport, diaqnostika, sığorta yenidən icra edilməlidir. Bundan əlavə DYP rəhbərliyinin adına ərizə ilə müraciət edərək, avtomobilin rəngini öz istəyi ilə dəyişdirdiyini bildirməlidir.

Məqalədə : Türkməniistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
386

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
536
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 09:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru