Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2018
16:05
Yanğının uzun müddətli olması su qıtlığı ilə əlaqədar olub - RƏSMİ

"Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın barədə məlumat saat 12:10 Fövqəladə Hallar Nazirliyinin "Qaynar xəttinə" daxil olub". 

Bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib. 

Onun sözlərinə görə, yanğın 3 saatdan artıq davam edib: "Yanğın tam söndürülüb. Yanğının söndürülməsinə 25 texnika, 100-dək canlı qüvvə cəlb edilib. Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub. Hazırda şəhərdə tıxacdı. İri texnikaların yanğın yerinə yaxınlaşmasında çətinlik yaranıb. Yanğının səbəbi araşdırılır".

Nazir müavini qeyd edib ki, yanğın əsasən binanın 18-ci mərtəbəsindən yuxarıda baş verib. Hadisə zamanı xəsarət alan olmayıb: "Bəzi saytlarda bir nəfərin özünü atması barədə məlumatlar verib. Bu tam əsassızdır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb".

Məqalədə : FHN Yanğın 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
135

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
540

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
495

Bakıda yeni Nəbatat bağı salınacaq

22

İyun
16:53
ÖLKƏ
717

Köçəryan seçkilərə etiraz edəcək

22

İyun
15:33
DÜNYA
698

Kəlbəcərə 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

22

İyun
15:13
İQTİSADİYYAT
698
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 13:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru