Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2018
14:35
Türkmənistanda atanın heyfini baladan çıxacaqlar

Türkmənistanda valideynləri xaricdə çalışan uşaqların hüquqlarını məhdudlaşdıracaqlar.

FaktXəbər-in məlumatına görə, Azadlıq Radiosunun türkmən xidməti yazır ki, hökumət bu yolla xaricdəki vətəndaşlarının geri qayıtmasına nail olmaq istəyir.

Əmək və Sosial Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı deyib ki, məhdudiyyətlər həm xaricdə valideynlərinin yanında olan uşaqlara, həm də Türkmənistanda qalmış uşaqlara aid ediləcək.

Məmurun dediyinə görə, bir çox türkmənlər Rusiyada ailə qurub Türkmənistandakı arvad-uşaqlarını atırlar. Bəziləri isə Rusiyada yeni ailə qurmasalar da, ölkələrinə uzun illər dönmürlər və ailə-uşaqlarını çətin vəziyyətdə qoyurlar.

May ayında elan ediləcəyi gözlənilən yeni məhdudiyyətlər xarici ölkələrdə doğulan türkmən uşaqlara 18 yaşı çatanda pasport verilməsini çətinləşdirəcək. Uşağına pasport almaq istəyənlər Türkmənistana qayıtmalı olacaqlar.

Məmurun bildirdiyinə görə, valideynləri xarici ölkələrə işləməyə getmiş uşaqların sayı həddindən artıq çoxdur. Xeyli sayda türkmən qadın var ki, Türkmənistanda ailəsi-uşağı ola-ola xaricdə başqa kişilərlə ailə qururlar, yaxud başqa kişilərlə yaşayırlar".

Hökumət həm də uşaqlarını Türkmənistanda qoyub uzun müddət ölkəyə qayıtmayan valideynləri bütün imtiyazlardan məhrum edəcək.

Məsələn, onların uşaqları üçün tibbi xidmət pullu olacaq. Onlar üçün uşaq bağçasının qiyməti başqalarından 2-3 dəfə baha olacaq. Hökumətdən "uşaq pulu" almayacaqlar. Uşaqlarını pullu gimnaziyalarda oxutdurmalı olacaqlar.

Hökumət ümid edir ki, bu məhdudiyyətlər elan olunandan sonra türkmənlər pul qazanmaq üçün xaricə üz tutmamışdan qabaq hər şeyi "yüz ölçüb bir biçəcəklər".

Bundan başqa "xaricdəki miqrantlar qayıdıb öz ölkələrinin iqtisadiyyatına töhfə verəcəklər".

Hökuməti narahat edən həm də odur ki, xaricdə işləməyə gedən gənc qızlar ailə qurub həmin ölkələrdə qalırlar.

Türkiyədə çalışan türkmən miqrantlar Azadlıq Radiosuna deyiblər ki, yeni məhdudiyyətlər onları çox narahat edir, amma Türkmənistandakı iqtisadi böhran və işsizlik onların Vətənə qayıtmasını mümkünsüz edir.

Bundan başqa bu yaxınlarda Aşqabad aeroportunda Türkiyəyə uçan vətəndaşların təyyarəyə minməsinə heç bir səbəb göstərilmədən imkan verilməmişdi.

Belə məhdudiyyətlərə görə bəzi türkmənlər iş sorağında Qazaxıstan, Özbəkistan və Azərbaycana üz tuturlar.

Məqalədə : TÜrkmənistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru