Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2018
15:20
Dövlət Neft Fondunun gəlirləri AÇIQLANDI

2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) büdcə gəlirləri 4 424,2 milyon manat, büdcə xərcləri isə 2 344,2 milyon manat təşkil edib.

2018-ci ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 303,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 533,0 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat olub.

Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 120,9 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 779,9 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 2 299,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 30,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,4 milyon manat vəsait ayrılmışdır. 0,5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,9 milyon manat təşkil edib.

2018-ci ilin 1 aprel tarixinə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 5,1% artaraq 37 631,7 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub.

Məqalədə : neft fondu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
231

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
223

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
316

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
302

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
298

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
347
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 22:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru