Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2018
15:39
Gürcüstanda məmurlara qara maşınlar qadağan edilib

Gürcüstanda dövlət qulluqçularına qara rəngli avtomobillərdən istifadə qadağan olunub. FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Məlumata görə, dövlət qulluqçuları üçün nəzərdə tutulmuş bütün sinif avtomobillər qaradan başqa istənilən rəngdə ola bilər. Mövcud qərar insanlarda qara rəngli avtomobillərlə bağlı yaranan qıcığı aradan qaldırmaq xarakteri daşıyır.

Gürcüstan hökumətinin 2014-ci ilin fevralında qəbul etdiyi qərarda əvvəllər avtomobillərin rəngi barədə heç bir qeyd olmasa da, sənədə edilən dəyişiklikdən sonra mövcud qadağa qüvvəyə minib.
 
Dəyişikliklərə əsasən, cari il aprelin 25-dək Gürcüstanda nazirlik və onların tabeliyində olan müəssisələr avtoparkın optimallaşdırılması üzrə plan təqdim etməlidir.

Xatırladaq ki, Türkmənistanda qara rəngli avtomobillərin ölkəyə gətirilməsinə qadağa 2015-ci ildən qoyulub. Hazırda yol polisləri küçələrdə qara maşınları gördüyü an onu cərimə meydançasına aparır.

Məqalədə : Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
239

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
607
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 18:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru