Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2018
12:21
1 000-dən çox neftçi Xəzərdən təxliyyə olunub

Bu gün və sabah hava şəraitinin qeyri-sabit olması ilə əlaqədar dünən zəruri növbətçilərdən başqa, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz özüllərində çalışan 1 000 nəfərdən çox neftçi quruya təxliyyə olunub.

FaktXəbər bildirir ki, bu barədə SOCAR məlumat yayıb.

SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib ki, martın 30 və 31-də açıq dənizdə küləyin sürəti arabir 30 m/s (Dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” tərəfindən dəniz Neft Qaz Çıxarma İdarələrinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib: “Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində təmir - tikinti işləri, hündürlükdə və yükqaldırma və digər təhlükəli işlərin məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə yazılı və şifahi formada göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb”.

Məlumatda o da qeyd olunub ki, bundan əlavə mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir.

Məqalədə : Xəzər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
257

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
316

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
247

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
276

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
226

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
559
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 08:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru