Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Mart

2018
16:33
“Neftə pik tələbat 2040-cı ildən əvvəl olmayacaq”

Dünyada neftə pik həddə tələbat 2040-cı ildən əvvəl olmayacaq”. “Report”un “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

O, qeyd edib ki, hətta yanacaq mühərrikləri ilə bağlı pessimist ssenaridə nəqliyyatda neftə qlobal tələbat 2030-cu ilə qədər gözlənilmir: “Bu isə o deməkdir ki, neftə ən yüksək tələbat 2040-cı ildən əvvəl ola bilməz”.

Onun sözlərinə görə, dünyada enerji resurslarına tələbat əhali və adambaşına düşən ÜDM artımı ilə əlaqədar artmağa davam edəcək: “Ən çox bərpa olunan enerji mənbələrinə tələbatda artım olacaq. Qaza tələbatın artması, kömürə isə azalması gözlənilir. Neftə isə tələbat orta həddə artacaq. Eyni zamanda hazırkı dinamika ilə müqayisədə neft tələbatının artım tempi əhəmiyyətli dərəcədə yavaşlayacaq, amma tələbatın pik həddi ilə bağlı danışmaq hələ tezdir. Bu isə, ilk növbədə, neft-kimya sektorunun inkişafı ilə bağlıdır. Müxtəlif qiymətləndirmələrə görə, 2030-cu ilə qədər 1 barelin maya dəyəri 60-70 dollara qədər arta bilər”, - V.Ələkbərov vurğulayıb.

Məqalədə : Vahid Ələkbərov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
244

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
191

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
267

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
282

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
242

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
513
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 00:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru