Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
15:06
100 min manatlıq qızıl oğurlanıb - Mingəçevirdə

Mingəçevir şəhərində törədilən oğurluq hadisəsinin üstü açılıb, qızıl mağazasından böyük məbləğdə əşyalar oğurlayan şəxs saxlanılıb.

Mingəçevir şəhər sakini Adil Yusifov ötən il oktyabrın 25-də Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək ona məxsus mağazadan günorta saatlarında ümumi dəyəri 100 min manat olan qızıl-zinət əşyaların oğurlanması barədə müraciət edib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs, əvvəllər məhkum olunmuş Mingəçevir sakini Elnur Mahmudov Bakının Səbail rayonunda saxlanılıb. Onun kirayə yaşadığı evə baxış keçirilən zaman oradan qızıl əşyalar və onların bir hissəsini sataraq əldə etdiyi 4 min manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.(apa)

Məqalədə : Mingəçevir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
237

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
304

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 05:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru