Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
09:57
`Əl-Qaidə` liderinin bacısına edam cəzası verildi

"Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Əbu Ömər əl-Bağdadinin bacısı barəsində edam qərarı çıxıb. FaktXeber.com "Şərqul Əvsət" qəzetinə istinadən bildirir ki, terrorbaşının bacısı barəsində edam hökmünü İraqın Ali Məhkəməsi verib.
 
Ali Məhkəmənin sözçüsü Əbdüssəttar Bayraqdar bildirib ki, Əbu Ömər əl-Bağdadinin bacısı terror şəbəkəsinə dəstək verməkdə təqsirli bilinib. Əl-Bağdadinin bacısı istintaq zamanı terror təşkilatına maddi-texniki dəstək verdiyini, Mosuldakı terrorçulara pul payladığını etiraf edib.

Qeyd edək ki, Əbu Ömər əl-Bağdadi İraq və ABŞ qüvvələrinin 19 aprel 2010-cu ildə səhrada həyata keçirdikləri birgə əməliyyat zamanı öldürülüb.

Məqalədə : Əl-Qaidə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
276

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
324

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
525
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 02:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru