Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
09:50
Cənubi Koreyanın ən dəyərli abidələrindən birində yanğın olub

Cənubi Koreyanın ən dəyərli tarixi memarlıq abidələrindən olan paytaxtdakı “Dongdaemun” darvazasında yanğın qeydə alınıb.

Bu barədə “Yonhap” agentliyi yazıb. Gecə saat 2 radələrində darvazada yanğın olması barədə polisə məlumat daxil olub. Yanğınsöndürənlərin səyi nəticəsində bir neçə dəqiqə ərzində alov söndürülüb. Abidəyə ciddi ziyan dəyməyib, insan tələfatı yoxdur.

Polisin təcili keçirdiyi əməliyyat nəticəsində yanğını törətməkdə şübhəli bilinən 43 yaşlı şəxs yaxalanıb. Onun sərxoş vəziyyətdə olmadığı bildirilir. Hazırda şübhəli şəxs polis tərəfindən dindirilir.

Qeyd edək ki, Seul şəhərinin rəmzi sayılan “Dongdaemun” (“Böyük şərq darvazası”) Cosun sülaləsinin hakimiyyəti dövründə şəhərin şərq girişi olub. İmperator Teconun əmri ilə 1398-ci ildə inşa olunan darvaza indiki görkəmini 1896-cı ildə aparılan yenidənqurma işləri nəticəsində alıb. Darvaza “Cənubi Koreya Tarixi Memarlıq İrsi”nin bir nömrəli abidəsi hesab olunur.

Məqalədə : Dongdaemun 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
271

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
313

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
525
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 02:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru