Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2018
14:06
`Zeytun budağı`: Afrin şəhərinin mərkəzinə 7 kilometr qalıb

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə Afrində keçirdiyi "Zeytun budağı" adlı antiterror əməliyyatı nəticəsində 3 055 terrorçu zərərsizləşdirilib.

FaktXəbər-in “Anadolu” agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Bildirilib ki, 48 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 30 55 terrorçusu məhv edilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi dağıdılıb.

Məlumatda Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin Afrinin mərkəzinə daxil olmasına 7 kilometr qaldığı da vurğulanıb.

Əməliyyat nəticəsində 121 kənd, o cümlədən 30 əsas strateji nöqtə terrorçulardan təmizlənib, ümumilikdə, 160 məntəqə Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin nəzarəti altına keçib.

Məqalədə : Afrin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
266

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
307

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
520
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 01:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru