Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2018
13:43
İki ayda ölkəyə gələn xarici vətəndaşların sayı 12 faizdən çox artıb

Cari ilin yanvar ayında Azərbaycana 185 min 913, fevral ayında isə 166 min 161 nəfər xarici vətəndaş gəlib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ümumilikdə, iki ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 352 min 74 nəfər olub. Onlardan 103 min 245-i Rusiya, 87 min 649-u Gürcüstan, 48 min 657-si Türkiyə, 28 min 111-i İran, 13 min 64-ü Birləşmiş Ərəb Əmirlikləri, 71 min 348-i isə digər ölkələrin vətəndaşlarıdır.

Ötən ilin iki ayında Azərbaycana gələn xarici vətəndaşların sayı isə 313 min 418 təşkil edib ki, onlardan 159 min 262 nəfəri yanvar ayında, 154 min 156 nəfəri fevral ayında gəlib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycana 12,3 faiz çox xarici vətəndaş gəlib.

Məqalədə : tursit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
251

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
286

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
510
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 01:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru