Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2018
21:51
ABŞ Xarici İşlər Nazirliyindən Rusiya açıqlaması

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert Rusiyanın Suriyada Su-57 kabus təyyarələrinin "sınaq meydanı" kimi istifadə etdiyini söyləyib.

FaktXəbər-in məlumatına görə, nazirlik sözçüsü Nauert bu barədə Twitter hesabında yazıb.

Rusiyanın fevral ayının son həftəsində Dəməşq və Şərqi Qutada 20 dəfə bombardman həyata keçirdiyini yazan Nauert, "Rusiyanın sülhün təmin olunması, vətəndaşların təhlükəsizliyi və humanitar yardımlar məsələsində görəcək çox işi var", - deyə qeyd edib.

Nauert həmçinin Astana prosesinin "uğursuzluqla" nəticələndiyini iddia edib.

Qeyd edək ki, Rusiyanın Su-57 ilə bombardman həyata keçirməsindən sonra Pentaqon da narahatçılığını ifadə edərək, sözügedən təyyarələri qeydə alacaq radar sistemlərinə malik olmadıqlarını bildirmişdilər.

Məqalədə : Suriya ABŞ Rusiya Su-57 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
271

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
318

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
525
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 02:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru