Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2018
21:38
Bakıda qoz-fındığı nəm yerdə saxlayıb satırlar?

Novruz bayramı ərəfəsində qoz-fındığın keyfiyəti ilə bağlı bəzi iddialar ortaya çıxıb.

FaktXəbər-in XəzərTV-yə istinadən məlumatına görə, iddialara əsasən qoz və fındıqdan daha çox gəlir götürmək üçün istehsalçılar uzun müddətdir ki, bir üsula əl atirlar. Bu qərzəkli meyvələri satışa çıxarmazdan əvvəl uzun müddət nəm yerdə saxlayırlar, yəni tam qurutmurlar. Belə olan halda nəm ləpə çəkidə daha ağır gəlir və alıcını aldatmaqla bir kq. qoz-findıqdan daha artıq gəlir əldə olunur.

Azad İstehlakıçılar Birliyindən də bu fakt təsdiqini tapıb.

Alıcılar da belə vəziyyətlə rastlaşdıqlarını deyirlər.

Alıcılardan fərqli olaraq satıcılar belə bir halın mümkünsüz olduğunu deyirlər.

Yaxşı qovrulmamış qərzəkli meyvədən istifadə etmək isə olduqca ziyanlıdır. Belə ki, nəm şəraitdə saxlanılan qoz-fındığın tərkibində daxili orqanlar üçün zərərli olan aflotoksin adlı maddə yaranır.

Mütəxəssislərin fikrincə, bayram günlərində istehlakçıları aldatmaq istəyən işbazların çoxalacağını nəzərə alsaq, bazarlarda keyfiyyətə nəzarətin gücləndirilməsini vacib hesab edirlər.

Məqalədə : qoz-fındıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
266

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
307

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
520
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 01:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru