Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2018
12:10
Ermənistan parlamenti yeni prezidentini seçdi

Bu gün Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermə keçirilib. FaktXəbər-in "news.am" saytına istinadən verdiyi məlumata görə, yeganə namizəd olan Armen Sarkisyan parlament üzvlərinin dəstəyini qazanıb.

Ermənistanın Böyük Britaniyadakı səfiri olmuş Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən irəli sürülüb. 101 deputatın iştirak etdiyi səsvermədə 90 parlament üzvü Armen Sarkisyanın lehinə, 10-u isə əleyhinə səs verib.

Qeyd edək ki, Armen Sarkisyanın namizədliyini yanvar ayında sabiq dövlət başçısı və hakim Respublika Partiyasının sədri Serj Sarkisyan irəli sürmüşdü. 2018-ci ilin aprel ayından – Sarkisyanın prezidentlik müddətinin ikinci dövrü bitəndən sonra Ermənistan parlament idarəçiliyi modelinə keçib. Bununla da əsas səlahiyyət baş nazirə verilib.

Belə olan halda  prezidentlik vəzifəsi simvolik xarakter daşıyır. Yeni Konstitusiya prezidentə zərrə qədər də olsa praktiki funksiya ilə təmin etmir.

O, parlamentin spikeri kimi yeni Təhlükəsizlik Şurasının tərkibinə də daxil olmayacaq. Təhlükəsizlik Şurasına baş nazir rəhbərlik edəcək

Məqalədə : Ermənistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
154

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
165

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
211

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
316

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
296
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 19:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru