Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2018
16:17
Neftin qiyməti kəskin ucuzlaşır

Son 10 ildə ilə ən yaxşı sıçrayışla başlayan və 71 dollar/barrelədək bahalaşan neftin qiyməti bu həftə ABŞ-da istehsalın artması ilə kəskin azalıb. ABŞ-ın neft hasilatının rekord səviyyəyə çatması OPEC və qeyri-OPEC ölkələrlə əldə edilən istehsalın azaldılmasına dair sazişi kölgədə qoyub, nəticədə “qara qızıl”ın bir barrelinin qiyməti 71 dollardan 64 dollara düşüb.

Bundan başqa, İranın neft istehsalını artıracağına dair planını açıqlaması da qiymətə öz təsirini göstərib. Bütün bunlar investorlarda qlobal neft təklifinin artacağına dair narahatlıq yaradır.

“Brent” markalı xam neftinin bir barrelinin qiyməti dekabrın 20-dən etibarən ən aşağı səviyyəyə enib. Bu son 2 ayın minimumu deməkdir.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 64,59 dollar, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60,72 dollara alıcı axtarır.

neft
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
450

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
382

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 01:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru