Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2017
12:55
Bu gün bütün dünyanın gözü İspaniyada olacaq
La Liqada "El Klassico" həyacanı var

"Real Madrid" ilə "Barselona" 175-ci liqa matçına çıxacaq.

"Real Madrid" qonaq edəcəyi "Barselona"nı məğlub edərək çempionluq yarışına yenidən daxil olmağı hədəfləyir.

FaktXəbər-in məlumatına görə, dünyanın ən böyük qarşılaşmaları arasında göstərilən və milyonlarla futbolsevərlərin maraqla gözlədiyi "El Klasiko" həyəcanı bu gün Santyaqo Bernabeu stadionunda Azərbaycan vaxtı ilə 16.00-da başlayacaq və "İdman Azərbaycan" lanalı ilə canlı yayımlanacaq.

Bu mövsüm liqada yoluna məğlub olmayaraq davam edən "Barselona" bugünkü qarşılaşmada qalibiyyət əldə etməsi halında "Real Madrid" ilə arasındakı xal fərqini 14-ə qaldıracaq və çempionluq yarışında indidən üstünlük qazanacaq.

İki komanda arasındakı 175-ci "El Klasiko" mübarizəsi xüsusilə "Real Madrid" üçün daha çox əhəmiyyət daşıyır. Bu mövsüm liqada istədiyi nəticəni ala bilməyən və bir oyun az keçirərək 31 xalla 4-cü sırada yer alan "Real Madrid" tamaşaçı dəstəyi üstünlüyündən də istifadə edərək Katalon təmsilçisi ilə arasındakı xal fərqini 8-ə endirməyə çalışacaq.

İki komanda arasında bu günə qədər oynanılan liqa matçlarında Madrid komandası üstün tərəfdir. Bu müsabiqələrin 72-sini "Real Madrid", 69-nu "Barselona" qazanıb, 33 oyun isə bərabər başa çatıb. Qarşılaşmalarda "Real Madrid" 284, "Barselona" isə 277 qol vurub.

İki komanda arasında dostluq oyunları da daxil olmaqla bütün qarşılaşmalarda isə Katalon təmsilçisi "Barselona" rəqibdən üstündür. 269 qarşılaşmanın 59-u bərabərliklə nəticələnib, "Barselona"nın 111, "Real Madrid"in isə 99 qələbəsi var.

Ulduz oyunçular Lionel Messi ilə Kristiano Ronaldo arasındakı "El Klasiko" rəqabətində isə argentinalı ulduzun üstünlüyü var. Messi bu günə qədər "Real Madrid" qapısına 14-ü səfərdə olmaqla 24 qol vuraraq "El Klasiko" rekordunu əlində saxlayır.

Ronaldonun isə "Barselona"a qapısına cəmi 17 qolu vurub.

Məqalədə : Barselona Real Madrid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
150

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
271
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 14:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru