Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2017
20:38
SOCAR bu il neft hasilatını azaldıb

Bu ilin yanvar-noyabr aylarında SOCAR 6 mln. 802,3 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,91% azdır.

FaktXeber SOCAR-ın statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin noyabr ayında dövlət şirkəti tərəfindən 604 min ton neft hasil olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 2,26% azalma deməkdir. Cari ilin oktyabr ayı ilə müqayisədə isə ötən ay neft hasilatı 2,42% azalıb.

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 35 mln. 326 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,34% azalmadan xəbər verir.

Yalnız ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 174,3 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,87% çoxdur. Oktyabr ayı ilə müqayisədə isə noyabrda neft hasilatı 4,7% azalıb.

2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 521 min ton olub.

Məqalədə : SOCAR neft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
214

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
235

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
202

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 21:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru