Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2017
11:44
Külli miqdarda narkotik müsadirə olunub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan FaktXəbər-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizov ŞPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən saxlanılıb. Polis Şöbəsində baxış zamanı onun üzərindən ayrı-ayrı qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkovasitənin 3,30 qram və 3,62 qram olmaqla ümumi çəkisi 6,92 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Araşdırmalarla onun narkotik vasitələri əldə etdiyi mənbə də müəyyən edilib və görülmüş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qədirov da saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı otaqda və zirzəmidə ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi narkovasitələr aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkovasitələrin ümumi çəkisi 951,26 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə : narkotik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
175

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
171

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
223

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
250
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 18:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru