Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2017
14:49
Saytlarda narkotik satanlar tutuldu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Bu barədə FaktXeber.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Lənkəran şəhər sakinləri – Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumilikdə 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan “Spays”, 2 büküm psixotrop maddə “Metamfetamin” və 4 ədəd 300 mq-lik güclü təsiredici “Lyrica” kapsulaları aşkar olunaraq götürülüb.

M.Əlizadənin yaşadığı Masazır qəsəbəsindəki evə baxış zamanı oradan əlavə olaraq 256 konvalyutda hər birinidə 14 kapsula olmaqla ümumilikdə 3584 ədəd “Lyrica” kapsulları, 14 bükümdə olan yüksək təsiredici narkotik vasitə olan kokain, 160 ədəd göy və qırmızı rəngli psixotrop maddə olan “MDMA” (ekstazi həbləri), 2 büküm “Spays” aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq M.Əlizadəyə qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri gətirən Bakı şəhər sakinləri - Samir Zeynalov, Sərxan Məmmədov da saxlanılıb. Baxış zamanım S.Zeynalovdan 1 ədəd “Lyrica” kapsulası, 1 büküm “Spays” və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən narkotik vasitələrin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, dəstə üzvlərinin “Baba” kimi tanıdığı şəxs tərəfindən təşkil edilib. Həmin şəxs narkotik maddələri satmaq üçün qeyd edilən şəxslərdən ibarət şəbəkə yaradıb. O, müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək əsasən gənclərə psixotrop tərkibli dərman və narkotik vasitələri almağı təklif edib. Araşdırma zamanı məlum olub ki, “Baba” adlı şəxs sifarişi qəbul edəndən sonra narkotik vasitələrin pulu ona “paypoint” vasitəsilə ödənilib. Pul hesaba köçürüləndən sonra əməliyyat zamanı saxlanılan şəxslər narkotik maddələri, eləcə də psixotrop dərmanları əvvəlcədən razılaşdırılan yerlərdə müştərilərə təhvil veriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə : narkotik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
175

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
171

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
223

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
250
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 18:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru