Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2017
21:43
Sirkə turşusuyla zəhərlənmə STATİSTİKAsı

Bu ilin yanvar-oktyabr aylarında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə sirkə turşusundan zəhərlənmə ilə əlaqədar 213 nəfər müraciət edib.

Bunu "Trend"ə Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, sirkə turşusu içənlərin 60 faizi qadın, 40 faizi kişi olub: "Sirkə turşusu ilə özünü zəhərləyənlərin 2-si (hər ikisi kişidir) dünyasını dəyişib. Sirkə turşusu ilə zəhərlənənlər arasında 1 nəfər uşaq da olub. Həmin uşaq valideyn nəzarətindən kənarda qalaraq sirkə turşusunu qəbul edib. Ümumilikdə, sirkə turşusu içənlər arasında 30-50 yaşlı qadınlar üstünlük təşkil edir. Sirkə turşusundan zəhərlənmə ən çox ailə-məişət münaqişəsi zəminində baş verən hadisələr nəticəsində olur".

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 2234 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb, 57 nəfər isə kimyəvi zəhərlənmədən dünyasını dəyişib. Yalnız sirkə turşusu içməklə 2016-cı ildə 253 nəfər nəfər özünü zəhərləyib. Ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 893 nəfəri, yəni 40 faizi bunu özünə sui-qəsd etmək məqsədilə edib. Həmin xəstələrin çoxu qadınlar, xüsusilə cavan qadınlar olub. Qadınlar dərman və sirkə turşusu içməklə özlərinə sui-qəsd etmək istəyiblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
495

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
595

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-06-2021 04:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru