Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2017
16:19
`Neftçi`də ara qarışdı: prezidentlə baş məşqçi dalaşdı

Tərlan Əhmədovun gəlişindən sonra uğursuz çıxışa son qoyan və 5 oyunda qələbə qazanan "Neftçi"də vəziyyət düzəlmir.

Klub rəhbərliyi ilə baş məşqçi arasında gərginlik yaranıb.

Tərlan Əhmədovun bu posta "Neftçi" rəhbərliyinin AFFA-dakı himayədarlarının istəyi ilə gəlmədiyini nəzərə alaraq, onun transfer məsələlərinə qarışmasını istəmir. Bu səbəbdən baş məşqçi ilə klub prezidenti Orxan Hüseynzadə arasında dava düşüb.

Davaya səbəb isə Tərlan Əhmədovun qış fasiləsində komandanı tərk etməsini istədiyi futbolçuların siyahısını prezidentə təqdim etməsi olub. Həmin siyahıda rəhbərliyin istəyi ilə kluba gələn futbolçuların adları olub ki, bu da Orxan Hüseynzadəni özündən çıxarıb.

Klub rəhbəri Tərlan Əhmədova bildirib ki, onun istədiyi futbolçular göndərilməyəcək və alınmayacaq. Gah büdcəni bəhanə edən, gah da başqa səbəblər göstərən Orxan Hüseynzadə baş məşqçiyə "öz işinlə məşğul ol" deyib. 

Klub prezidenti həmçinin baş məşqçinin qarşısına şərt də qoyub. Bildirib ki, Derlis Meza Kolli komandada saxlanılacaq və Tərlan Əhmədov hər oyunda ona heyətdə yer verməlidir. Halbuki, baş məşqçi paraqvaylı yarımmüdafiəçini qış fasiləsindən sonra komandada görmək istəmir.

Prezidentlə baş məşqçi arasında Elnur Cəfərova görə də narazılıq yaranıb. Qeyri-peşəkar hərəkətləri ilə diqqəti çəkən, azarkeşi "razborkaya" çağıran futbolçu Tərlan Əhmədov tərəfindən əvəzedici heyətə göndərilib. Baş məşqçi onun da qışda komandadan kənarlaşdırılmasını istəyib. Lakin Orxan Hüseynzadə AFFA-dakı himayədarlarının istəyi ilə komandaya gələn gənc futbolçunun komandada qalacağını bildirib.

Bütün bunlara qarşı Tərlan Əhmədov peşəkar məşqçi olduğunu, heyəti öz istəyi ilə quracağını bildirib. Alınmasını istədiyi futbolçuların adlarını rəhbərliyə təqdim edəcəyini və onların hansı formada transfer olunacağına qarışmayacağını bildirib. (Qaynarinfo)

Məqalədə : Neftçi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
185

Bakıda quşçuluq ferması yanıb

05

İyun
09:00
HÜQUQ,HADİSƏ
245

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
272

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
331

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
252

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
276

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
226
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 11:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru