Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2017
15:38
ŞOK görüntülər: ABŞ-ın Liviyada yaratdığı qul bazarı - VİDEO

ABŞ-ın Liviyada diktator Qəzzafini devirməsindən sonra ölkə quldarlıq dövrünə qayıdıb

FaktXəbər-in məlumatına görə, Liviya Müəmmər Qəzzafinin prezidentliyi dövründə Şimali Afrikanın ən mühüm və ən güclü ölkələrindən biri idi. Sahib olduğu regional güc bu dövlətə digər ölkələrə təsir etmək imkanı yaratmışdı. Lakin "Ərəb baharı"ndan sonra ölkədə vəziyyət dəyişdi və Liviyada əsrlərlə əvvəl qurulan qul bazarları yenidən fəlaiyytini bərpa etdi.

Liviyada quldarlıq quruluşu

Əslərlə əvvəl müşahidə edilən adətin 2017-ci ildə yenidən gündəmə gəlməsi insanlıq adına utancvericidir. ABŞ-ın "CNN International" telekanalı Liviyada baş verən bu dramı lentə almaq üçün Tripoliyə yollanıb. Bazarın yerləşdiyi əraziyə gələn çəkiiş heyəti açıq havada insanların necə satılmasını lentə alıb. Auksion təəssüratı yaradan bu məkanda daha çox pul verən şəxslər qaradərili insanlara sahib olurlar.

Qullar təsərüfat işlərində istifadə edilir

Bazarda satılan insanların qiymətləri 400 dollardan başlayır. Qullardan birinin nigeriyalı olması anlaşılır. "Təsərrüfat işləri üçün böyük kişi",-deyən gənc özünə alıcı axtarır.

Qəzzafidən sonra qul bazarları

Qul bazarında satılan miqrantların çoxu Nigeriya, Mali, Qana və Nigeriya kimi ölkələrdən qaçaraq Avropaya sığınmağa çalışanlardır. Avropaya getmək vədilə aldadılaraq bura düşən qaradərililər qul kimi satılırlar. Müəmmar Qəzzafinin prezidentliyi dönəmində rifah səviyyəsi olduqca yüksək olan Liviyanın bu duruma düşməsi "Ərəb baharı"nın ölkəyə verdiyi dırnaqarası tövhədir. 

Qərbin Liviyaya gətirdiyi "demokratiya"

Dünyada demokratik prinsiplərin carçısı kimi tanınan ABŞ və Qərb ölkələrinin Liviyaya "Ərəb baharı"ndan sonra gətirdiyi "demokratiya" qul bazarları formasındadır. Müəmmar Qəzzafinin diktatorluğu ABŞ və Qərbə maneə olsa da, o zaman Liviya və region ölkələri həmin prezidentdən məmnun idi. Ərəb ölkələrində müşahidə edilən və kənardan idarə olunan "Ərəb baharı" sadəcə ABŞ-a boyun əyməyən dövlət başçılarını devirdi. Müəmmar Qəzzafi Liviyaya göndərilmiş xüsusi təyinatlı qüvvələr tərəfindən tutulduqdan sonra ölkədə xaos və özbaşnalıq yarandı. 2011-ci ildən Qəzzafinin öldürülməsindən bu yana Liviyada dəyişən təkcə qul bazarlarının yaranmasıdır.

Məqalədə : Liviya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
625

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
822

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
634
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-05-2021 23:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru