Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2017
16:47
Şirniyyatları dini atributlarla bəzəmək olarmı? - Hacı Şahin Həsənlidən açıqlama

FaktXəbər-in verdiyi məlumata görə, sosial şəbəkədə inanclı şəxslərin paylaşıdığı tort şəkili böyük müzakirəyə səbəb olub. Buna səbəb tortun üzərində müqəddəs Kəbə evi, Qurani-Kərim, möhür və canamaz şəkillərinin öz əksini tapmasıdır.

Tortun paylaşılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri dini atributların tortun üzərində olmasına etiraz etsə də, digər qrup buna müsbət baxdığını qeyd edib. Bu tip addımların dini qaydalar baxımından nə qədər mümkün olmasını aydınlaşdırmaq məqsədilə QMİ sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahin Həsənliyə müraciət etdik. Tanınmış ilahiyyatçı bildirdi ki, bu tip addımlara birmənalı qadağa olmasa da, dini dəyərlərin aşağılanmasına səbəb olan hallardandan çəkinmək lazımdır: "İnsanlar bu tip addımlar atarkən düşünməlidir ki, dini və dini dəyərləri lağ obyektinə çevrirməsinlər. Əgər bu tip hallar baş verərsə, bundan çəkinmək lazımdır. Təbii ki, burda söhbət qadağadan getmir. Sadəcə bu cür addımlar atılarkən bir qədər düşünülməlidir. Çünki əks halda bəzi insanların dini dəyələri məsxərə etməsi və başqa şəkil alması müşahidə olunur. Ümumiyyətlə dini gözdən salmağa və gülüş obyektinə çevirməyə səbəb olan addımlardan çəkinilməlidir. 

Təbii ki, burda qadağa yoxdur. Lakin hörmətsizliyə səbəb olan hallara yol vermək olmaz. Bu həm dövlət atributlarına, həm də dini dəyərlərə aid haldır".

Məqalədə : Şahin Həsənli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
275

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
480

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
469
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 17:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru