Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2017
11:10
`Həşdi Şabi` ordu birləşməsi parlament seçkilərində iştirak edə bilməyəcək

FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, İraqda gələn il keçiriləcək parlament seçkilərində hərbi  qanadı olan partiya və yəşkilatlar iştirak edə bilməyəcək. Bu barədə ictimaiyyətə İraq baş nazirinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilir ki, Nazirlər Kabinetinin toplantısında 2018-ci ilin may ayında keçirilməsi nəzərədə tutulan parlament seçkilərində silahlı qanadı olan siyasi partiya və təşkilatların iştirak edə bilməməsi barədə qərar verilib.

Buna qədər baş nazir Heydər əl-İbadi də mətbuat konfransında bildirmişdi ki, "Həşdi Şabi" (xalq könüllüləri" ordu birləşməsi təhlükəsizlik mexanizminə bağlı qurum olduğu üçün siyasətə qatıla bilməz. "Hərbi qurumlarla siyasəti ayırmaq lazımdır",-deyə İraqın hökumət rəhbəri əlavə etmişdi.

Məqalədə : "Həşdi Şabi" 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
125

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
150

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
145

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

22

İyun
10:32
MƏNƏVİYYAT
465

Azərbaycanda toylara icazə verildi

22

İyun
10:20
ÖLKƏ
833
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 15:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru