Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2017
08:46
İspaniya XİN: Kataloniya rəhbəri həbs edilməyəcək

İspaniyanın XİN rəhbəri Alfons Dastis bəyan edib ki, hakimiyyət Kataloniyanın hazırkı rəhbəri Karles Puçdemonu həbs etmək istəmir.

FaktXəbər-in "Reuters"ə istinadən məlumatına görə, o əlavə olaraq bildirib ki, muxtariyyətin özünüidarəetmə statusunu da dayandırmaq fikrində deyillər. "Onlar muxtariyyət və özünüidarə qaydalarına və normalarına məhəl qoymamışdılar", - deyə Dastis əlavə edib.

Diplomatın sözlərinə görə, daha sonra Kataloniyada insanlara səsvermə hüququ vermək üçün növbədənkənar seçki keçiriləcək: "Biz ümid edirik ki, regional polis Kataloniya və İspaniya qanunlarına hörmət etməsi üçün insanları nəzarət altına götürdükdən sonra hər şey yaxşı olacaq."

Xatırladaq ki, oktyabrın 21-də Nazirlər Kabinetinin iclası zamanı baş nazir Mariano Raxoy Kataloniya hökuməti və parlamentinin buraxılacağını bəyan edib.

Onun bu açıqlamasından sonra Barselonada müstəqilliyə dəstək yürüşü başlayıb. Aksiya iştirakçıları özləri ilə "Hüquq və azadlığın müdafiəsində", "Biz evimizdə müstəqillik istəyirik", "Azadlıq", "Demokratiya" və "Kataloniyaya kömək edin" kimi şüarlar yazılmış plakatlar gətiriblər. 

Məqalədə : Kataloniya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru