Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2017
15:53
Narkotik yetişdirən polis mayorunun həbs müddəti artırılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik xassəli bitkilərin kultivasiyasında təqsirləndirilən polis mayoru İlqar Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İ. Rzayevin həbs-qətimkan tədbiri müddətinin bitməsi ilə bağlı olaraq, prokurorun vəsatəti ilə bu müddət məhkəmə bitənədək uzadılıb.

Proses oktyabrın 13-də davam etdiriləcək.

İttihama görə, İ. Rzayev Xəzər rayonu, Qala qəsəbəsində özünə məxsus bağ evinin həyətyanı sahəsində 50 ədəd narkotik təbiətli çətənə bitkisini qanunsuz olaraq yetişdirərək, kultivasita edib.

Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3 (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
125

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
137

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
146

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
286

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
237
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 15:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru