Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2017
11:13
XİN işğal edilmiş Cəbrayıl rayonunda tikilən kilsəyə sərt etiraz etdi

"Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində mülkiyyətin talan edilməsi, təbii sərvətlərin istismarı, Azərbaycan xalqına məxsus maddi-mədəni irsi vəhşicəsinə məhv etməsi və özününküləşdirilməsi, uğursuz şəkildə demoqrafik vəziyyəti dəyişməyə cəhd etməsi və digər qanunsuz əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır".

Bu sözləri XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində tarixi alban xristian irsinin və məbədlərinin mənimsənilməsi azmış kimi, ermənilərin heç zaman yaşamadığı işğal olunmuş Cəbrayıl rayonunda kilsə tikmələri qəsdən münaqişəyə dini don geyindirmək, münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud təkliflərə uyğun olaraq həllinə maneə olmaqdır: "Erməni din xadimlərinin bu qanunsuz və dini dəyərlərdən kənar təxribatçı prosesdə xüsusi canfəşanlıq göstərməsi ciddi təəssüf doğurur. Ermənistan və erməni kilsəsi tərəfindən həyata keçirilən bu kimi əməllər beynəlxalq humanitar hüquqa zidd olmaqla bərabər, digər səmavi dinlər kimi, sülhə, başqasının mülkiyyətinə hörmətlə yanaşmağa, insanların həyatına qəsd və digər təcavüzkar əməllərdən kənar durmağa çağıran xristian dininin təməl prinsipləri və müqəddəs İncilin təlimləri ilə bir araya sığmır. Ermənistanın bu təxribatçı əməli də aidiyyəti üzrə beynəlxalq təşkilatlar çərçivəsində qaldırılacaq".

Qeyd edək ki, ermənilərin Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda tikdiyi Müqəddəs Məryəm kilsəsinin açılışı olub.

Kilsə Qriqor Movsesyanın vəsaiti hesabına inşa olunub.

Məqalədə : XİN Cəbrayıl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
280

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
255

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
266

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
386

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
445

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
592
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 11:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru