Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2017
10:44
Hollandiyadada kilsəni məscidə çevirəcəklər; etirazlar var

Hollandiyanın Haaqa şəhərində radikal sağçı "Voorpost hərəkatı" Əl-Qiblətəyn məscidinin satın aldığı qədim kilsənin qarşısında İslam əleyhinə aksiya keçirib.

FaktXəbər-in məlumatına görə, aksiya iştirakçıları məscidə çeviriləcək kilsənin önündə "Küçəmizdə cihad istəmirik" yazılmış plakat qaldırıblar.

"Voorpost hərəkatı" nümayəndələri, "Hollandiyada İslamı və məscidləri istəmirik. Bir kilsənin müsəlmanlara satılmasını başa düşmürük. Biz bu məhəllədə yaşayanların səsini çatdırmaq üçün buradayıq", - deyə şüarlar səsləndiriblər.

Kiləsinin alınmasına rəhbərlik etmiş Robbert Məhəmməd Əmin jurnalistlərə açıqlamasında bildirib ki, keçirilən aksiyanı başa düşə bilmir: "Aksiyanı keçirənlər bizimlə danışmaq əvəzinə, belə yola baş vurublar. Bu cür insanların İslam haqqında ittihamları var. Bizimlə müzakirələr apararaq, bu ittihamlarına cavab tapa bilərlər."

Aksiyanın iyrənc olduğunu və bunu təşkil edənlərin bu ətrafda belə yaşamadığını söyləyən Agnes adlı məhəllə sakini də, "mən qədim kilsənin məscid olmasının əleyhinə deyiləm. Hər kəsin düşüncəsinə və həyatına hörmət edilməsi lazımdır", - deyə bildirib.

Məqalədə : Hollandiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
857

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
847

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1234

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1189
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 07:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru