Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2017
09:42
Abşeron və Sumqayıtın bir hissəsində elektrik enerjisi kəsilib

FaktXəbər-in verdiyi məlumata görə, Abşeron rayonunun və Sumqayıt şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb. Yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Abşeron rayonunun Masazır və Saray qəsəbələrində, Sumqayıtın isə Corat qəsəbəsində, XVII və XVIII mikrorayonlarında gecə saatlarından işıq yoxdur. 

Məsələ ilə bağlı “Report”a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev problemin mövcudluğunu təsdiq edib: “Elektrik enerjisi ilə təchizatda fasilələr daha çox həyət evləri olan ərazilərdədir. Əməkdaşlarımız problemi aradan qaldırmaq üçün çalışır və yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Xatırladaq ki, adıçəkilən ərazilərdə işıqla bağlı problemləri yay aylarında da yaranmışdı. Həmin vaxt "Azərişıq" rəsmiləri bunu qışa hazırlıq məqsədi ilə elektrik xətlərinin yenilənməsi ilə izah etmişdi. 

Məqalədə : elektrik enerjisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru