Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2017
11:23
İspaniya polisi Kataloniya hökumətinin binasına basqın edib

FaktXəbər-in verdiyi məlumata görə, İspaniya polisi Madrid hökumətinin qeyri-qanuni elan etdiyi mübahisəli referendumdan əvvəl Kataloniya hökumətinin qərargahında axtarışlara başlayıb. İspaniyanın Daxili İşlər Nazirliyinin əməkdaşları iqtisadiyyat, xarici əlaqələr, əmək və sosial münasibətlər departamentləri ilə birgə Kataloniyanın hökumət binasına daxil olaraq referendumun araşdırılması üçün dəlil topladığını açıqlayıb.

Kataloniyada referendum səsverməsi 1 oktyabr tarixində keçiriləcək.

Qeyd edək ki, Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Təxminən 32 min km² ərazisi və 7 milyon əhalisi olan Kataloniyanın paytaxtı Barselona şəhəridir. Burada 3 rəsmi dildə danışılır: ispan dili, katalon dili və aran dili. Kataloniya iqtisadi nöqteyi-nəzərdən İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılır və İspaniya ümumi daxili məhsulunun 23%-ni verir. Kataloniyanın ümumi daxili məhsulunun həcmi Finlandiya və Danimarkanın ümumi daxili məhsulunun həcmi qədərdir.

Məqalədə : Kataloniya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru