Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2017
17:32
Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı

Jurnalist Səbuhi Məmmədli “AKKORD” Şirkətlər Qrupunun inşa etdiyi binalardakı şəraitdən şikayətçi olub.

S. Məmmədli özünün facebook hesabında bu barədə məlumat paylaşaraq bildirib ki, şirkətin tikintisini həyata keçirdiyi Abşeron Gənclər Şəhərciyindəki 27-ci blokda lift işləmir:

“Bir gün kimsə burada ürək tutmasından öləcək. İnsanlar hər gün bir neçə dəfə əlində ağır yük 11-ci mərtəbəyə qədər qalxır. Blokun içində zibildən tərpənmək olmur. Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov şəxsən deyir ki, bu şəhərciyə görə cavabdeh deyilik.

Xəstə, qoca, qucaqlarda uşaqlar, əllərdə ağır torbalar, bir gün kiminsə ürəyi dayanacaq hündür mərtəbəyə çıxarkən.

“AKKORD” qulaqardına vurub, yerli JEK-in vecinə deyil. Azərbaycanda bir yaşayış bloku aksiyaya başlayacaq 2 günə lift düzəlməsə. Bunu yerli icra orqanı da bilsin, yerli polis də”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru