Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2017
13:01
Sabah şəxsi avtomobillərdən az istifadə edin - Kamran Əliyev

Sabahdan məktəblər açılır. Məktəblər açıldıqdan sonra xüsusilə də 15 sentyabr günü paytaxtda və bölgələrdə sıxlıq, tıxaclar ənənəvi hal alır. Bəs görəsən dövlət yol polisi tıxacların qarşısını almaq üçün hansı işləri görəcək?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, sentyabrın 15-i yol polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq.

“Evakuatorlar da sabah gücləndirilmiş is rejimində işləyəcək, yolun hərəkət hissəsində avtomobillərini saxlayan, digər hərəkət iştirakçılarına maneə yaradan avtomobillər cərimə meydançalarına aparılacaq. Həmin sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar”.

K.Əliyev bildirib ki, sıxlığın aradan qaldırılması uşun görülən işlər başqa günlərdə də davam edəcək.

“Yalnız sentyabrın 15-də deyil, digər günlərdə də yolun hərəkət hissəsində, dayanma-durmanın qadağan olunduğu yerlərdə saxlayan avtomobillər təxliyə olunacaq. Əgər belə hallarla qarşılaşmaq istəmirlərsə çalışsınlar şəxsi avtomobillərdən az istifadə etsinlər və ya avtomobillərini biraz uzaq ərazilərdə saxlayıb rahat şəkildə övladlarını məktəbə gətirsinlər”. (modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
111

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
214

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
519
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 20:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru