Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2017
12:09
`Sirkə turşusundan zəhərlənmələrin 40%-i intihar məqsədilə törədilir`

Azərbaycanda sirkə turşusundan(uksus) zəhərlənmələrin 40%-i özünə qəsd məqsədilə törədilir.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, digər zəhərlənmə halları affekt - kimisə qorxutmaq, nəyəsə nail olmaq məqsədilə baş verib.

A. Maqsudov qeyd edib ki, sirkə turşusundan zəhərlənmə halları əsasən 25-40 yaş arası və 60 yaşdan yuxarı insanlarda qeydə alınır. O, bu il sirkə turşusundan baş verən 111 zəhərlənmə halından 2-nin ölümlə nəticələndiyini deyib.

Baş toksikoloq əlavə edib ki, il ərzində təxminən 100-140 uşaq dərmanın allergik təsirindən zəhərlənir.

Onun sözlərinə görə, azyaşlı uşaqlar çox vaxt evdə nəzarətsiz qaldıqda dərmanlardan istifadə edir, nəticədə zəhərlənmə baş verir: “Dərmanlar rəngbərəng və şirin olduğundan uşaqları cəlb edir. Dərmanların allergik təsirindən bəzən uşaqlar arasında ölüm halı da baş verir. İl ərzində dərmanlardan zəhərlənmə nəticəsində 1-2 ölüm faktı qeydə alınır”.

Məqalədə : Sirkə turşusu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
495

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
590

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-06-2021 04:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru