Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2017
10:07
Qazaxıstan prezidenti Nazarbayevin nəvəsi narkotik asılılığını etiraf etdi - FOTO

Qazaxıstan  prezidenti  Nursultan Nazarbayevin 27 yaşlı nəvəsi  Aysultan narkotik asılılığın barədə etiraf edib. FaktXeber.com-un məlumatına görə, bu barədə o, özünün Facebook səhifəsində bildirib. Aysultanın sözlərinə görə, narkotik maddələrə babası Muxtar Əliyev və atası Rahat Əliyev dünyasını dəyişdikdən sonra qurşanıb.

«Babam – akademik Muxtar Əliyevin ölümündən və atam Rahat Əliyevin  avstriya həbsxanasında intiharından  cəmi ay yarım keçmişdi. Həyat ilk dəfə idi ki, mənə belə ikiqat zərbə vururdu. Hər kəsin xoşbəxtlik içində üzməsi barədə danışdığı gənc Aysultan dünyanın ən məhv edilmiş insanına çevrildi. Həmin an sən qəddarcasına  qəlbini parçalayan bu ağrını hiss etməmək üçün  dərhal  əlsiz-ayaqsız qalmağa hazır olursan», - deyə Aysultan bildirir.

O, əlavə edib ki, asılılıqdan qurtarmaq üçün ona babası – Qazaxıstan prezidenti Nursultan Nazarbayev kömək olub: «Ailəm biləndə əvvəlcə onlara qorxu hakim oldu. Ancaq Allaha şükür ki, mən əsas addımı atdım – babama etiraf etdim. Yəqin ki, başqa bir prezident bu problemi gizlətmək və ondan uzaqlaşmaq istərdi. Ancaq Nursultan Nazarbayev yox. Qan qohumluqda babam olan şəxs ruhən atama çevrildi».

Aysultanın sözlərinə görə dövlət başçısı nəvəsini səmimi etirafına görə təbrik edib və buna qalib gələcəyinə gücü çatacağını deyib:  «Mən bu asılılıqdan qurtulmağa və şəri xeyirə çevirməyimə söz verdim. «Nə olar, Aysultan mənə söz verəndə, onu hər zaman yerinə yetirir», - deyə, babam sakitcə bildirdi».

Dövlət başçısının nəvəsi deyib ki, babası onun həyatını ikinci dəfə xilas edib: «Sadəcə həmin vaxt mənim onu anlamağa ağlım və təcrübəm çatmadı. Ancaq bu dəfə belə olmayacaq. Əlbəttə, əzizlərim mənim yanımdadı və mən onlarla dəstək atmosferində yaşayıram. Bu çox vacibdir».

Bununla belə, Aysultanın sözlərinə görə, bu xəstəlikdən qurtulmaq üçün təkcə iradə azadlığı kifayət deyil: «İnsanlıq hələ ki, bu ağır xəstəliyin əlacını tapmayıb. Ancaq mən çıxış yolu tapdım. Mənə Allah kömək oldu. Narkomaniya ilə hər hansı bir əlaqəsi olan hər kəs mənim nə dediyimi anlayır».

Gənc həmçinin bəyan edib ki, narkotiklərlə mübarizə üçün xeyriyyə cəmiyyəti açmağı planlaşdırır və bu bəla ilə üzləşən hər kəsə yardım edəcəyinə vəd verib.

«Mənim özüm-özümlə olan bu döyüş həyatımın ən ağır mübarizəsi idi: təslim olmaq və sakitcə ölmək, yaxud  həyat üçün mübarizə aparmaq və yaşamaq. Əsl daxili cihad idi. Xoşbəxtlikdən xeyir həmişə şərə qalib gəlir», - deyə Aysultan sözlərini bitirib.

Məqalədə : Nazarbayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
175

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
171

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
223

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
250
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 18:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru