Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Avqust

2017
15:37
`Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər`

“Azərbaycanda  diaqnostik qiymətləndirmə nəticəsində hər hansısa bir işçinin işdən azad olunması nəzərdə tutulmayıb”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, bu vaxta kimi nazirlik tərəfindən yalnız müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Gələcəkdə müəllimlərin sertifikasiya və attestasiyası həyata keçirilə bilər: “Amma bununla bağlı hansısa konkret göstəriş yoxdur. Qiymətləndirmə nəticəsində müəllimlərin işdən çıxarılması nəzərdə tutulmayıb. Yalnız sertifikasiya və attestasiya nəticəsində işdən çıxarılma ilə bağlı qərarlar ola bilər”.

E. Bağırov əlavə edib ki, yeni tədris ilinin əvvəlindən diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərin inkişaf yönümlü təlimlərə cəlb olunması nəzərdə tutulub. Bununla bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda xüsusi proqramların, layihələrin hazırlandığını deyən nazirlik rəsmisi vurğulayıb ki, ilkin olaraq, hansı kateqoriyadan olan müəllimlərin təlimlərə cəlb ediləcəyi müəyyənləşəcək.(APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
120

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
196

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
407

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
454

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
646
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 10:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru