Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2017
09:40
Liviyanın sabiq baş naziri hoteldən oğurlanıb

FaktXəbər-in verdiyi məlumata görə, Liviyanın paytaxtı Tripolidə ölkənin sabiq hökumət rəhbəri Əli Zeydan naməlum şəxslər tərəfindən oğurlanıb. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. 

Məlumata görə, avqustun 14-ə keçən gecə Liviyanın sabiq baş naziri ölkənin ingilah briqdası tərəfindən naməlum istiqamətə aparılıb. 

Rəsmi olmayan məlumata görə, Əli Zeydan barəsində həbs qərarını Liviyanın Baş Prokurorluğu verib. 2012-2014-cü illərdə Liviyanın baş naziri postunu tutmuş Əli Zeydan 2013-cü ildə də silahlılar tərəfindən saxlanılmış, lakin bir neçə saatdan sonra buraxılmışdı.

Xatırladaq ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada üç hakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş və dünya ictimaiyyəti tərəfindən tanınan parlament ölkənin şərqindəki Tobruk şəhərində, tanınmamış Milli Qurtuluş hökuməti Misurata şəhərində, Faiz Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. 

Məqalədə : Liviya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
635

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
827

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
644
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 00:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru